“Azərbaycan Beynəlxalq Bankı” ASC (ABB) 20 milyon manatlıq istiqraz yerləşdirməyi planlaşdırır.
Bank bazarındakı mənbədən “İnterfaks-Azərbaycan” agentliyinə verilən məlumata görə, qiymətli kağızlar 2 il tədavüldə olacaq, illik gəlirlilik isə 6%-dir. Faizlər rüblük ödəniləcək.
Emissiya hər birinin nominal dəyəri 1000 manat olan 20 min ədəd istiqraza bölünüb.
“Azərbaycan Beynəlxalq Bankı” ASC 1992-ci ildə yaradılıb. Bankın kapitalında dövlətin payı təxminən 96%-dir və Azərbaycan İnvestisiya Holdinqi tərəfindən idarə olunur.*
A.Əzizov