Azərbaycanda son sutkada koronavirus infeksiyasına yeni yoluxma faktı qeydə alınmayıb, indiyədək ümumilikdə 792 min 673 nəfərin infeksiyaya yoluxması faktı müəyyən edilib. Bu barədə Operativ Qərargahdan məlumat verilib.
Ötən gün 5 yoluxma faktı qeydə alınmışdı.
Ardıcıl 18 gündür ki, COVID-19-dan ölüm halı qeydə alınmayıb. Ölənlərin ümumi sayı 9 min 709 nəfər təşkil edir.
Virusa yoluxmuş 782 min 917 nəfər (sutka ərzində +5) müalicə olunaraq sağalıb.
Aktiv xəstə sayı 47 nəfərdir.
Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 1 min 966 (ötən gün 2 min 548 test), hazırkı dövrədək isə ümumilikdə 6 milyon 855 min 188 test aparılıb.*
X.Nəsirzadə