Rusiyanın “Utair” aviaşirkəti Qroznı şəhərindən Bakıya reyslər həyata keçirməyə başlayacaq. Bu barədə “Severnıy” beynəlxalq aeroportunun mətbuat xidməti məlumat yayıb.
“Soçi-Qroznı-Bakı” marşrutu üzrə və əks istiqamətdə reyslər həftədə iki dəfə (çərşənbə axşamı və cümə axşamı) həyata keçiriləcək.*