2021-ci ildə Aİ ölkələri ilə Azərbaycan arasında ticarət dövriyyəsi rekord 15,4 milyard avro təşkil edib. Bu barədə Avropa İttifaqının (Aİ) Bakıdakı səfiri Peter Mixalko bəyan edib.
“Aİ Azərbaycanın əsas xarici ticarət tərəfdaşı, ən iri ixrac bazarı və ən iri investisiya mənbəyi olaraq qalmaqdadır. Ticarət dövriyyəmiz nəinki pandemiyadan əvvəlki səviyyəynə qayıdır və hətta daha da artır. 2021-ci ildə tocarət dövriyyəmiz rekord 15,4 milyard avroya çatıb, bu da Azərbaycanın ümumi ticarət dövriyyəsinin 45%-ni təşkil edir”, - Mixalko çərşənbə axşamı keçirilən Azərbaycan-Aİ biznes forumunda bildirib.
Onun sözlərinə görə, Azərbaycanda Aİ ölkələrindən yüzlərlə şirkət fəaliyyət göstərir.
Mixalko vurğulayıb ki, Aİ Azərbaycan hökumətinin Qarabağ və Şərqi Zəngəzurun minalardan təmizlənmə və ərazilərin bərpası ilə bağlı layihələri üzrə səylərini dəstəkləməyə hazırdır. “Bütövlükdə, Avropa şirkətlərinin bu cür layihələrə marağı artır”, - o əlavə edib. **
E.Şəfiyev