Çərşənbə axşamı Azərbaycan prezidenti İlham Əliyev qazaxıstanlı həmkarı Kasım-Jomart Tokayevə zəng edib.
“Azərbaycan prezidenti İlham Əliyev Qazaxıstan prezidenti Kasım-Jomart Tokayevə zəng edib, onu ad günü münasibətilə təbrik edib, Azərbaycana rəsmi səfərə dəvət edib. Dəvət məmnunluqla qəbul olunub”, - Azərbaycan liderinin mətbuat xidməti məlumat verir.
Söhbət əsnasında prezidentlər iki ölkə arasında münasibətlərin müxtəlif sahələrdə uğurla inkişaf etdiyini vurğulayaraq, əlaqələrimizin bundan sonra da genişlənəcəyinə əminliklərini ifadə ediblər.
Söhbət zamanı əməkdaşlığın perspektivləri və qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb. **
N.Abbasova