2022-ci ilin iyun ayında Bakıda Qoşulmama Hərəkatının Parlament Şəbəkəsininbirinci iclasının keçirilməsi planlaşdırılır.
Azərbaycan parlamentinin spikeri Sahibə Qafarova Qırğız Respublikası JoqorkuKeneşinin sədr müavini Ulan Primovu qəbul edərkən Qırğızıstanın nümayəndə heyətini iyunda keçiriləcək tədbirə dəvət edib.
“Qırğızıstan Azərbaycanla hərtərəfli münasibətlərin dərinləşməsində maraqlıdır, xüsusilə parlamentlərarası əməkdaşlğın inkişafı və iki parlamentin dostluq qrupları arasında dialoqun genişləndirilməsində”, - deyə Primov TürkPA və MDB PA çərçivəsində əməkdaşlıq məsələlərinə toxunub.
Məlumatda bildirilir ki, Primov iki ölkə arasında icari-qitisadi əməkdaşlığın möhkəmlənməsi sahəsində məsələləri qeyd edib.
Həmçinin, görüş zamanı tərəflər siyasi, iqtisadi, mədəni-humanitar əməkdaşlıq, iki ölkə arasında parlamentlərarası fəaliyyət sahələrində məsələləri müzakirə ediblər.
Primovun rəhbərlik etdiyi nümayəndə heyəti bu gün Bakıda keçirilən İƏTPA-nın Üçüncü Ümumi Konfransında iştirak edir. **
R.Əhmədov