Azərbaycanda koronavirus infeksiyasına 7 yoluxma faktı qeydə alınıb, yoluxma hallarının ümumi sayı 792 min 680-ə çatıb. Bu barədə Operativ Qərargahdan məlumat verilib.
Ötən gün yoluxma faktı qeydə alınmayıb.
Ardıcıl 19 gündür ki, COVID-19-dan ölüm halı qeydə alınmayıb.
Ölənlərin ümumi sayı 9 min 709 nəfər təşkil edir.
Virusa yoluxmuş 782 min 921 nəfər (sutka ərzində +4) müalicə olunaraq sağalıb.
Aktiv xəstə sayı 50 nəfərdir.
Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 3 min 110 (ötən gün 1 min 966 test), hazırkı dövrədək isə ümumilikdə 6 milyon 858 min 298 test aparılıb.**
B.Rüstəmbəyov