2022-ci ilin yanvar-aprel aylarında Azərbaycanda neft məhsullarının istehsalı ötən ilin müvafiq dövrünün göstəricisi ilə müqayisədə dəyər ifadəsində 7,2% - 1 milyard 160,9 milyon manata qədər ($682,9 milyon) azalıb. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Dövlət Statistika Komitəsindən məlumat verilib.
Hesabat dövründə 167,3 min ton təyyarə yanacağı (artım 12,5%), 36,6 min ton soba mazutu (artım 71,8%), 97,6 min ton neft bitumu (artım 44,4%), 359,8 min ton avtomobil benzini (azalma 1,6%), 101 min ton birbaşa qovulan benzin - nafta (azalma 26,4%), 595,9 min ton dizel yanacağı (azalma 23,3%), 14,1 min ton sürtkü yağları (azalma 25,8%), 57,8 min ton neft koksu (azalma 33,9%) istehsal edilib.
2022-ci il mayın 1-nə Bakı Neft Emalı Zavodunun anbarlarında 13,9 min ton avtomobil benzini, 0,3 min ton nafta, 18,4 min ton təyyarə yanacağı, 65,1 min ton dizel yanacağı, 11,3 min ton soba mazutu, 7,2 min ton sürtkü yağı, 12,7 min ton neft bitumu, 10,6 min ton neft koksu var.
Hazırda Azərbaycanda yalnız bir neft emalı zavodu - Heydər Əliyev adına Bakı Neft Emalı Zavodu fəaliyyət göstərir.*
N.Abbasova