Prezident İlham Əliyev Bakının Ermənistanla sülh sazişi imzalamağa hazır olduğunu bir daha təsdiq edib.
“Bu gün biz regional vəziyyəti, Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşması prosesini geniş müzakirə etdik. Bilirəm ki, Azərbaycandan sonra Ermənistana səfər edəcəksiniz. Beləliklə, əminəm ki, bu səfər başa çatandan sonra Sizdə tam təsəvvür formalaşacaq. Amma bizim mövqeyimiz çox açıqdır. Biz Ermənistanla sülh sazişi imzalamaq istəyirik. Biz münasibətləri normallaşdırmaq və düşmənçilik səhifəsini çevirmək istəyirik”, - deyə İ.Əliyev mayın 18-də Bakıda Litva Respublikasının Prezidenti Gitanas Nauseda ilə görüşdə bildirib.*
R.Əhmədov