Azərbaycanda koronavirus infeksiyasına son sutkada 5 yoluxma faktı qeydə alınıb, yoluxma hallarının ümumi sayı 792 min 685-ə çatıb. Bu barədə Operativ Qərargahdan məlumat verilib.
Ötən gün 7 yoluxma faktı qeydə alınmışdı.
COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 1 nəfər vəfat edib (buna qədər ardıcıl 19 gün ərzində ölüm faktı qeydə alınmayıb). Ölənlərin ümumi sayı 9 min 710 nəfərə çatıb.
Virusa yoluxmuş 782 min 933 min nəfər (sutka ərzində +12) müalicə olunaraq sağalıb.
Aktiv xəstə sayı 42 nəfərdir.
Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 3 min 919 (ötən gün 3 min 110 test), hazırkı dövrədək isə ümumilikdə 6 milyon 862 min 217 test aparılıb.*
X.Nəsirzadə