Mayın 18-də Bakıda Azərbaycan-Litva biznes forumu keçirilib.
“İnterfaks-Azərbaycan” agentliyi xəbər verir ki, biznes forum çərçivəsində hər iki ölkənin dövlət və özəl sektorunun nümayəndələri ticarət, texnologiya, rəqəmsallaşma, nəqliyyat və logistika, innovasiyalar, kiçik və orta sahibkarlıq sahələrində əməkdaşlığın genişləndirilməsinə dair 7 memorandum imzalayıblar.
Azərbaycan və Litva prezidentləri biznes forumda iştirak ediblər.
Litva Prezidenti Gitanas Nauseda biznes forumda çıxışı zamanı deyib ki, Vilnüs Azərbaycan tərəfini maraqlandıracaq bir çox şeyə malikdir. “Dünya bazarında mövcud şəraitdə Azərbaycanın Avropa ilə Asiya arasında ən mühüm həlqələrdən biri kimi rolu güclənir və bu, ölkəni Litva üçün cəlbedici ticarət tərəfdaşına çevirir və biznes əlaqələrinin inkişafı üçün imkanlar yaradır. Eyni zamanda, Litva da Azərbaycandan olan biznes tərəfdaşlarına təklif edəcək bir çox şeyə malikdir: bizim yeddi azad iqtisadi zonamız var, Avropanın ən inkişaf etmiş rəqəmsal infrastrukturlarından birinə, ixtisaslaşmış əmək qüvvəsinə, qabaqcıl nəqliyyat və logistika sektoruna, dənizin buz bağlamadığı Klaypeda limanına, habelə iri və şaxələndirilmiş kənd təsərrüfatı sektoruna malikik”, - deyə o bildirib.
G.Nauseda,həmçinin Azərbaycanın biznes nümayəndə heyətini Litvaya səfərə dəvət edib.*
E.Şəfiyev