İqtisadiyyat naziri Mikayıl Cabbarov bu gün Bakıda keçirilən Azərbaycan-Litva biznes forumu çərçivəsində səmərəli müzakirələrin aparıldığını bildirib.
“Azərbaycan-Litva biznes forumunda iqtisadi əlaqələrimizin genişlənməsi, birgə layihələrin həyata keçirilməsi ilə bağlı səmərəli müzakirələrimiz oldu. Litva şirkətlərini işğaldan azad edilmiş ərazilərimizə investisiya yatırmağa dəvət etdik”, - deyə nazir Twitter hesabında yazıb.*
R.Kərimov