Prezident İlham Əliyev Azərbaycan iqtisadiyyatının şaxələndirilməsini əsas prioritet adlandırıb.
“Şaxələndirmə bizim əsas hədəfdir. Çünki biz başa düşürük ki, şaxələndirmə olmadan davamlı iqtisadiyyat yaratmaq üçün bizim planlar yerinə yetirilməyəcək”, - deyə dövlət başçısı mayın 18-də Azərbaycan-Litva biznes forumunda çıxışı zamanı bildirib.
O qeyd edib ki, bu ilin dörd ayı ərzində Azərbaycan iqtisadiyyatı 7,2%, qeyri-neft sektoru 11,4% artıb. Xarici borc ümumi daxili məhsulun yalnız 12,5%-i həcmindədir. Hədəf onu ümumi daxili məhsulun 10%-i həcminə qədər azaltmaqdır.
Prezident əlavə edib ki, ölkənin ixrac potensialı həm beynəlxalq bazarlara qaz ixracının artması, həm də qeyri-enerji sahəsində islahatlar hesabına artır. Bu il ixrac 85%, qeyri-neft ixracı isə 40%-ə yaxın artıb.*
R.Kərimov