Yaxın gələcəkdə Ermənistan-Azərbaycan sərhədinin delimitasiyası üzrə komissiyanın görüşü keçrilə bilər. Bu barədə Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan məlumat verib.
“Görüş baş tutmayın, lakin inandırıram ki, bu görüşün təşkili ilə bağlı müzakirələri davam etdirəcəyik”, - Mirzoyan Brüsseldə Ermənistan-Aİ tərəfdaşlıq şurasının iclasından əvvəl keçirilən brifinqə bildirib.
Onun sözlərinə görə, razılaşdırılmalı olan bəzi texniki detallar var.
“Ümid edirəm ki, yaxın günlərdə və ya həftələrdə görüş nəhayət baş tutacaq”, - Mirzoyan qeyd edib. **