Azərbaycan Mərkəzi Bankı (AMB) mayın 19-na manatın dollara qarşı rəsmi məzənnəsini 1,7 manat/$1 səviyyəsində saxlayıb. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə AMB-dən məlumat verilib.
Mayın 19-na manatın avroya nisbətən rəsmi məzənnəsi 1,7851 manat/1EUR səviyyəsində (mayın 18-nə 1,7904 manat/1EUR) müəyyən edilib.
AMB mayın 19-na manatın rus rubluna nisbətən rəsmi məzənnəsini 0,0268 manat/1RUB səviyyəsində (mayın 18-nə 0,0263 manat/1RUB) müəyyən edib.**
B.Rüstəmbəyov