Azərbaycan və Litva İşgüzar Əməkdaşlıq Şurasının yaradılmasını müzakirə edir. Bu barədə “İnterfaks-Azərbaycan”a Azərbaycan Sahibkarlar Konfederasiyasından məlumat verilib.
“18 may tarixində keçirilmiş Azərbaycan-Litva biznes forumu zamanı Azərbaycan-Litva İşgüzar Əməkdaşlıq Şurasının yaradılması haqqında məsləhətləşmələrin aparılmasına dair razılıq əldə olunub”, - Konfederasiyadan qeyd olunub.
Forumda Azərbaycan Sahibkarlar Konfederasiyası və Litva Sənayeçilər Konfederasiyası arasında Əməkdaşlıq Müqaviləsi imzalanıb.
Sənəd iqtisadiyyatın müxtəlif sektorları üzrə ikitərəfli iqtisadi əlaqələrin daha da inkişaf etdirilməsinə yönəlib. Xüsusilə, Azərbaycan və Litva arasında ticarət, investisiya və xidmətlərə dair əməkdaşlığın təşviqi, iqtisadi əməkdaşlığın genişləndirilməsinə təsir göstərən maneələrin aradan qaldırılmasına müvafiq dəstəyin göstərilməsi və s. məsələlər nəzərdə tutulur. **
B.Rüstəmbəyov