Azərbaycanda koronavirus infeksiyasına son sutkada 10 yoluxma faktı qeydə alınıb, yoluxma hallarının ümumi sayı 792 min 695-ə çatıb. Bu barədə Operativ Qərargahdan məlumat verilib.
Ötən gün 5 yoluxma faktı qeydə alınmışdı.
Ötən gün COVID-19-dan ölüm halı qeydə alınmayıb. Ölənlərin ümumi sayı 9 min 710 nəfər təşkil edir.
Virusa yoluxmuş 782 min 936 nəfər (sutka ərzində +3) müalicə olunaraq sağalıb.
Aktiv xəstə sayı 49 nəfərdir.
Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 2 min 964 (ötən gün 3 min 919 test), hazırkı dövrədək isə ümumilikdə 6 milyon 865 min 181 test aparılıb.**
X.Nəsirzadə