İran prezidenti İbrahim Rəisi cümə axşamı bu ölkədə səfərdə olan Azərbaycan Respublikası Baş nazirinin müavini Şahin Mustafayevi qəbul edib. Bu barədə Azərbaycanın İrandakı səfirliyindən məlumat verilib.
“Görüş zamanı tərəflər iki ölkə arasında qarşılıqlı səmərəli əməkdaşlığın gələcək inkişafının vacibliyini vurğulayıblar. Rəisi qeyd edib ki, İran Azərbaycanla münasibətlərin inkişafına xüsusi önəm verir”, - məlumatda qeyd olunur.
İran lideri Azərbaycan prezidenti İlham Əliyevə İrana səfər etmək dəvətini çatdırıb. **
X.Nəsirzadə