Ermənistanın baş naziri Nikol Paşinyan ölkə hakimiyyətinin Cənubi Qafqazda sülhü təmin etmək əzmində olduğunu bildirib.
“Ermənistan vətəndaşları hökumətin elan etdiyi sülh gündəliyinin (Azərbaycanla - İF) reallaşdırılması üçün ölkə hakimiyyətinə mandat veriblər. Müharibədən sonra (2020-ci ilin payızında Qarabağda) Ermənistan çox böyük sarsıntılardan keçib, lakin məhz vətəndaşlar Ermənistan dövlətçiliyinin dağılmasının qarşısını alıblar. Demokratiya Ermənistanın suverenliyinin qorunub saxlanmasının qarantıdır və ölkənin daxili və xarici təhlükəsizliyini məhz demokratiya təmin edə bilər”, - deyə N.Paşinyan “Freedom House”un təşkilatçılığı ilə keçirilən Demokratiya Forumunda bildirib.*