“Bakı Metropoliteni” QSC müxtəlif markalı güc kabellərinin satın alınmasına 2,7 milyon manatdan artıq vəsait yönəldəcək.
“İnterfaks-Azərbaycan” agentliyi www.etender.gov.az saytına istinadən xəbər verir ki, Bakı Metropoliteni “Smart Energy Solutons” QSC ilə 2 milyon 748 min 314,79 manat məbləğində müqavilə bağlayıb.
Bakı Metropoliteni 1967-ci ildən fəaliyyət göstərir. Hazırda metropoliten 3 xətt (yaşıl, qırmızı və bənövşəyi) və 26 stansiyadan ibarətdir. Sərnişin daşımalarının illik həcmi 200 milyon nəfəri ötür.*
N.Abbasova