Prezident İlham Əliyev ““Hüquqi Ekspertiza və Qanunvericilik Təşəbbüsləri Mərkəzi” publik hüquqi şəxsin Müşahidə Şurasının tərkibinin təsdiq edilməsi haqqında” Sərəncam imzalayıb.
Sərəncama əsasən, Müşahidə Şurası sədr və dörd üzvdən ibarətdir.
Müşahidə Şurasının sədri Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Qanunvericilik və hüquq siyasəti şöbəsinin müdiri, Azərbaycan Respublikasının Birinci vitse-prezidentinin köməkçisi Gündüz Kərimovdur.
Müşahidə Şurasının üzvləri Ədliyyə Nazirliyinin Ədliyyə Akademiyasının rektoru Şahin Əliyev, Konstitusiya Məhkəməsinin hakimi Humay Əfəndiyeva, Nazirlər Kabineti Aparatının Hüquq və qanunvericilik şöbəsinin müdiri Xalid Qasımlı və Milli Məclis Aparatının rəhbəri Fərid Hacıyevdir.
Prezident İlham Əliyev 2022-ci il mayın 19-da “Hüquqi Ekspertiza və Qanunvericilik Təşəbbüsləri Mərkəzi” publik hüquqi şəxsin yaradılması haqqında Fərman imzalayıb.
Fərmana əsasən, Mərkəzin Nizamnamə Fondu 100 min manatdır və dövlət büdcəsinin vəsaiti hesabına formalaşır.
Mərkəzin tabeliyindəki İnstitut Azərbaycan Milli Elmlər Akademiyasının strukturuna daxil olan Hüquq və İnsan Haqları İnstitutunun hüquqi varisidir, onun əmlakı, hüquq və öhdəlikləri İnstituta keçir.*
B.Rüstəmbəyov