Belarusun “Bellesbumprom” konserninin müəssisələri Azərbaycana ixracı plana uyğun surətdə artırır, 2022-ci ilin birinci rübündə tədarükün həcmi 30,8% artıb.
“İnterfaks-Azərbaycan” agentliyi müəssisəyə istinadən xəbər verir ki, hazırda konsernin bir sıra müəssisələrinin rəhbərlərindən ibarət nümayəndə heyəti Azərbaycanda işgüzar səfərdədir.
“Gündəliyə köhnə və yeni tərəfdaşlarla çoxsaylı görüşlərin keçirilməsi daxildir. Səfərin nəticəsi olaraq bu ölkəyə məhsul ixracı artmalıdır. Azərbaycan bazarında çoxdan fəaliyyət göstərən konsern müəssisələri bazara ağac emalı və sellüloz-kağız sənayesi məhsullarının kifayət qədər geniş çeşidini tədarük edir”, - deyə məlumatda vurğulanır.
2021-ci ildə Azərbaycana $14,6 milyon dəyərində məhsul ixrac edilib ki, bu da 2020-ci illə müqayisədə 108,2% çoxdur.
“Cari ilin birinci rübündə ixracın artım tempi 2021-ci ilin I rübü ilə müqayisədə 130,8% təşkil edib. Azərbaycana $2,7 milyon dəyərində ağac yonqarlı və ağac lifli plitələr, faner, taxta-şalban, mebel, kağız, karton və bir sıra digər məhsullar tədarük edilib”, - deyə məlumatda qeyd olunur.*
R.Əhmədov