Mədəniyyət naziri Anar Kərimov mayın 20-də ICESCO-nun baş direktoru Salim bin Məhəmməd əl-Maliki ilə görüşüb. Bu barədə Mədəniyyət Nazirliyindən məlumat verilib.
“Görüşdə Salim bin Məhəmməd əl-Maliki Azərbaycanla İCESCO arasında münasibətlərin davamlı olaraq inkişaf etdiyini, əlaqələrin yüksək səviyyədə olduğunu bildirib”, - deyə məlumatda qeyd olunur.
Sonda Azərbaycan Respublikası Höküməti ilə İslam Dünyası Təhsil, Elm və Mədəniyyət Təşkilatı arasında İCESCO-nun Bakı şəhərində regional ofisinin yerləşməsi haqqında Saziş imzalanıb.*