Ermənistan silahlı qüvvələrinin bölmələri mayın 20-də Azərbaycan Ordusunun Kəlbəcər istiqamətində yerləşən mövqelərini atəşə tutub. Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.
“Ermənistan silahlı qüvvələrinin bölmələri mayın 20-si axşam saatlarında dövlət sərhədinin Basarkeçər rayonunun Aşağı Şorca yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Ordumuzun Kəlbəcər rayonunun Yellicə yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərini atəşə tutub”, - deyə məlumatda bildirilir.
Azərbaycan Ordusunun bölmələri tərəfindən adekvat cavab tədbirləri görülüb.*
R.Kərimov