Azərbaycanda koronavirus infeksiyasına 1 yoluxma faktı qeydə alınıb, yoluxma hallarının ümumi sayı 792 min 708-ə çatıb. Bu barədə Operativ Qərargahdan məlumat verilib.
Ötən gün 12 yoluxma faktı qeydə alınmışdı.
Ardıcıl üç gündür ki, COVID-19-dan ölüm halı qeydə alınmayıb. Ölənlərin ümumi sayı 9 min 710 nəfər təşkil edir.
Virusa yoluxmuş 782 min 950 nəfər (sutka ərzində +5) müalicə olunaraq sağalıb.
Aktiv xəstə sayı 48 nəfərdir.
Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 2 min 587 (ötən gün 2 min 228 test), hazırkı dövrədək isə ümumilikdə 6 milyon 869 min 996 test aparılıb.*
R.Kərimov