Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev Bakı ilə Daşkənd arasında əlaqələrin genişlənəcəyinə ümidvar olduğunu bildirib.
“Əminəm ki, birgə qətiyyətli səylərimiz sayəsində Özbəkistan ilə Azərbaycan arasında davamlı olaraq inkişaf edən çoxşaxəli və uzunmüddətli əlaqələr bundan sonra da genişlənəcək, gələcəkdə yüksək səviyyəli danışıqlarımız nəticəsində strateji tərəfdaşlığımız tamamilə yeni səviyyəyə yüksələcək”, - deyə Ş.Mirziyoyev Azərbaycanın milli bayramı – Müstəqillik Günü münasibətilə Prezident İlham Əliyevə göndərdiyi təbrik məktubunda bildirib.
Təbrik məktubunun mətni bu gün Azərbaycan Prezidentinin saytında dərc olunub.*
R.Kərimov