Ermənistan silahlı qüvvələrinin bölmələri mayın 21-də dövlət sərhədi istiqamətində Azərbaycan Ordusunun mövqelərini atəşə tutub. Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.
“Mayın 21-i saat 16:30 radələrində Ermənistan silahlı qüvvələrinin bölmələri dövlət sərhədinin Basarkeçər rayonunun Aşağı Şorca yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Kəlbəcər rayonunun Yellicə yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərini müxtəlif çaplı silahlardan istifadə edərək atəşə tutub”, - deyə məlumatda bildirilir.
Ordumuzun bölmələri tərəfindən qeyd olunan istiqamətdə adekvat cavab tədbirləri görülüb.*
R.Kərimov