Ağdamın “Qarabağ” futbol klubu 9-cu dəfə Azərbaycan çempionu oldu.
Bu gün XXVIII turun sonuncu oyununda “Qarabağ” turnirin ötənilki qalibi “Neftçi”ni 4:1 hesabı ilə məğlub edib. Çempionluğu öncədən təmin etmiş “Qarabağ” xallarının sayını 69-a çatdırıb, “Neftçi” 50 xalla ikinci pillədə, “Şamaxı” ilə qarşılaşan “Zirə” (47 xal) isə heç-heçə (0-0) edərək 3-cü pillədə qərarlaşıb.
Futbol üzrə Azərbaycan çempionatının ən yaxşı bombardiri “Qarabağ”ın braziliyalı futbolçusu Kadi Borges olub. Onun aktivində 12 qol var.
“Qarabağ” Çempionlar Liqasına, “Neftçi”, “Zirə” və “Qəbələ” isə Konfrans Liqasına vəsiqə qazanıb.*
R.Kərimov