Türkiyə və Azərbaycanın xarici işlər nazirləri Mövlud Çavuşoğlu və Ceyhun Bayramov arasında telefon danışığı olub. “TRT Haber”in Türkiyə Xarici İşlər Nazirliyinə istinadən verdiyi xəbərə görə, tərəflər bir sıra məsələləri, o cümlədən Cənubi Qafqaz və Ukraynadakı vəziyyəti müzakirə ediblər.
“Danışıq zamanı ikitərəfli əlaqələr, Türkiyə və Azərbaycanın iştirak etdiyi üçtərəfli mexanizmlər, Cənubi Qafqaz və Ukraynada baş verən son hadisələr müzakirə edilib”, - deyə məlumatda qeyd olunur.*
R.Kərimov