Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin dəvəti ilə mayın 22-də Belçika Krallığının paytaxtı Brüsselə işgüzar səfərə gəlib. Bu barədə AZƏRTAC-ın məlumatında bildirilir.
Bu gün Brüsseldə Ş.Mişel, İ.Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyan arasında üçtərəfli görüş keçiriləcək.
Bu, Əliyev və Paşinyanın Brüsseldə üçüncü görüşü olacaq. Əvvəlki görüşlər 2021-ci ilin dekabr ayında və bu ilin aprel ayında keçirilib.*
R.Kərimov