Mayın 22-də Brüsseldə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel ilə təkbətək görüşü keçirilib. Bu barədə Azərbaycan Prezidentinin saytında məlumat verilib.
Prezident İlham Əliyev Şarl Mişelin dəvəti ilə mayın 22-də Belçika Krallığının paytaxtı Brüsselə işgüzar səfərə gəlib. Bu gün Mişel, Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyan arasında üçtərəfli görüş keçiriləcək.
Bu, Əliyev və Paşinyanın Brüsseldə üçüncü görüşü olacaq. Əvvəlki görüşlər 2021-ci ilin dekabr ayında və bu ilin aprel ayında keçirilib.*
R.Kərimov