Mayın 22-də Ermənistanın baş naziri Nikol Paşinyanın Brüsseldə Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişellə təkbətək görüşü keçirilib.
Görüşdən kadrları Ermənistan hökumətinin mətbuat xidməti yayıb.
Bundan əvvəl Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Şarl Mişellə təkbətək görüşü keçirilib. Bu gün Mişel, Əliyev və Paşinyan arasında üçtərəfli görüş keçiriləcək.
Bu, Azərbaycan Prezidenti və Ermənistanın baş nazirinin Brüsseldə üçüncü görüşü olacaq. Əvvəlki görüşlər 2021-ci ilin dekabr ayında və bu ilin aprel ayında keçirilib.*