Mayın 22-də Brüsseldə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel və Ermənistan Respublikasının baş naziri Nikol Paşinyan ilə görüşü başlayıb. Bu barədə Azərbaycan Prezidentinin saytında məlumat verilib.
Bu, Əliyev və Paşinyanın Brüsseldə üçüncü görüşüdür. Əvvəlki görüşlər 2021-ci ilin dekabr ayında və bu ilin aprel ayında keçirilib.*
R.Kərimov