Müdafiə Nazirliyi gələn həftə Seyfəli poliqonunda döyüş sursatlarının utilizasiya prosesinin həyata keçiriləcəyi ilə bağlı məlumat yayıb.
“Döyüş sursatlarının utilizasiya prosesi 23.05.2022-ci il tarixdən 28.05.2022-ci il tarixədək Seyfəli poliqonunda həyata keçiriləcək”, - deyə məlumatda bildirilir.
Azərbaycan Ordusunun bölmələri tərəfindən istismar müddəti başa çatmış və istifadəyə yararsız olan döyüş sursatlarının utilizasiyası təhlükəsizlik tədbirlərinə əməl olunmaqla planlı şəkildə həyata keçirilir.*
R.Kərimov