Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişel bazar günü Brüsseldə onun iştirakı ilə keçirilən Azərbaycan prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyanla üçtərtəfli görüşün yekunlarına dair Azərbaycan-Ermənistan danışıqlarında gözə çarpacaq irəliləyiş barədə bəyan edib.
“Gözə çarpacaq dərəcədə irəliləyiş əldə olunub”, - o Twitter hesabında yazıb.
Mişel bazar günü keçirilən görüşü “səmərəli” adlandıraraq qeyd edib ki, bütün gündəlik, o cümlədən, gələcək sülh sazişi üzərində iş nəzərdən keçirilib.
O əlavə edib ki, Azərbaycan prezidenti və Ermənistanın baş nazirinin sayca dördüncü əyani görüşü eyni formatda avqust ayında keçiriləcək.
Bazar günü Brüsseldə Azərbaycan prezidenti İlham Əliyev, Ermənistanın baş naziri Nikol Paşinyan və Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişel arasında üçtərfli görüş keçirilib.
Bu, Azərbaycan prezidenti və Ermənistanın baş nazirinin Belçikanın paytaxtında keçirilən sayca üçüncü əyani görüşüdür. Daha əvvəl onlar 2021-ci ilin dekabr və 2022-ci ilin aprel ayında görüşüblər. **
R.Kərimov