Azərbaycan Mərkəzi Bankı (AMB) mayın 23-nə manatın dollara qarşı rəsmi məzənnəsini 1,7 manat/$1 səviyyəsində saxlayıb. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə AMB-dən məlumat verilib.
Mayın 23-nə manatın avroya nisbətən rəsmi məzənnəsi 1,8004 manat/1EUR səviyyəsində (mayın 20-nə 1,7975 manat/1EUR) müəyyən edilib.
AMB mayın 23-nə manatın rus rubluna nisbətən rəsmi məzənnəsini 0,0279 manat/1RUB səviyyəsində (mayın 20-nə 0,0273 manat/1RUB) müəyyən edib.**
X.Nəsirzadə