Azərbaycan və Braziliya ikitərəfli əməkdaşlığın genişlənməsinə yönələn imzalanması üçün 11 sənəd hazırlayır. Bu barədə Azərbaycanın Braziliya, Ekvador, Suriname, Qayane, Trinidad və Tobaqodakı səfiri Elxan Poluxov bəyan edib.
“Hazırda 11 sənəd hazılıq mərhələsindədir, lakin onlardan ikisi, demək olar ki, final mərhələdir. Bu, kənd təsərrüfatı və təhsil sahəsində müqavilədir”, - Poluxov “Rasim Babayev ilə müasir söhbət” müəllif YouTube kanalına müsahibəsində bildirib.
“İnterfaks-Azərbaycan” məlumat verir ki, onun sözlərinə görə, Azərbaycan regionun digər ölkələri ilə də münasibətləri inkişaf etdirməyi planlaşdırır. “Bizim Suriname ilə siyasi məsləhətləşmələri keçirilməsinə dair Anlaşma Memorandumu var, Suriname XİN ADA Universiteti ilə birgə kooperasiya haqqında müqavilə imzalayıb. Trinidad və Tabaqo, Qayane ilə belə danışıqlar aparılır. Ekvador ilə bir neçə müqaviləmiz var”, - Poluxov əlavə edib. **
R.Əhmədov