Braziliya Azərbaycandan mineral gübrə idxalının həcminin artırılmasında maraqlıdır. Bu barədə Azərbaycanın Braziliya, Ekvador, Suriname, Qayane, Trinidad və Tobaqodakı səfiri Elxan Poluxov bəyan edib.
“Azərbaycanın Latın Amerikası regionunda əsas ticarət tərəfdaşı – Braziliyadır. Yeri gəlmişkən, bu qarşılıqlıdır, çünki Braziliyanın Cənubi Qafqazda əsas tərəfdaşı – Azərbaycandır. Bu səbəbdən, iqtisadi əlaqələrin inkişafı nöqteyi-nəzərindən, bizdə müsbət dinamika müşahidə olunur. Və bu müsbət dinamika məhz Azərbaycandan Braziliya ixrac məsələsində müşahidə edilir”, - Poluxov “Rasim Babayev ilə müasir söhbət” müəllif YouTube kanalına müsahibəsində bildirib.
Onun sözlərinə görə, 2017-ci ildə Azərbaycandan Braziliyaya ixracın həcmi illik $0,5 milyonu ötmürdü, baxmayaraq ki, Braziliyadan Azərbaycana ixrac stabil olaraq illik təxminən $200 milyon olub. “Lakin 2020-ci ildən başlayaraq bu məsələlərdə irəliləyiş müşahidə olunur. 2021-ci ildə Azərbaycandan Braziliyaya ixracın həcmi $70 milyona çatıb, eyni zamanda, Braziliyadan Azərbaycana təxminən $200 milyon səviyyəsində qalıb”, - səfir qeyd edib.
“İnterfaks-Azərbaycan” məlumat verir ki, Poluxov əlavə edib ki, Braziliyaya ixrac həcminin artımı mineral gübrə tədarükü ilə əlaqədardır – 2021-ci ildə $50 milyona yaxın məbləğdə ixrac olunub.
“Bu gün regionumuzda vəziyyətlə, Ukryan və Rusiya aasında münasibətlərlə əlaqədar ərzaq təhlükəsizliyi məsələsi əsas məsələlərdən birinə çevrilir. Buna görə, əsasən ərzaq malları və ət-süd məhsullarının istehsalına yönələn Braziliya üçün gübrənin əldə olunması çox vacib məsələdir. Və bu məsələ Azərbaycanın nümayəndələri ilə bütün görüşlərdə hər zaman qaldırılıb. Braziliya tərəfi bütün səviyyələrdə ölkəmizdən gübrə tədarükünü mümkün olduğu qədər artırmaqda maraqlıdır”, - o vurğulayıb.
Səfir qeyd edib ki, ölkələr arasında nəqliyyat sahəsində əməkdaşlıq potensial cəlbedici görünür. “Şərqi Avropada vəziyyətlə əlaqədar Braziliya yüklərinin Çinə daşınması üçün logistika imkanlarının istifadəsi daha da aktuallaşır. Çin Braziliyanın ən böyük ticari tərəfdaşıdır və ticarət münasibətləri adətən Avropadan keçməklə, Şərqi Avropadan keçməklə, okean vasitəsilə həyata keçirilir. Bu gün meydana gələn müəyyən çətinliklərlə əlaqədar, Braziliya yüklərinin ənənəvi marşrutlarla çatdırılması, Türkiyə limanlarından istifadə və daha sonra Bakı-Tbilisi-Qars, Qazaxıstan və Orta Asiya dəmir yolları vasitəsilə daha da aktuallaşır. Biz bu məsələri daima gündəmə gətiririk. Bu məsələləri tərəfdaşlarımızın diqqətinə çatdırırıq. Nəqliyyat sahəsində əməkdaşlığı genişləndirməyə imkan yaradacaq bu yeni marşruta maraq yaranmağa başlayır”, - səfir vurğulayıb.
Onun sözlərinə görə, həmçinin Azərbaycan Braziliyadan biznesin cəlb edilməsində maraqlıdır. “Biz Brazilya biznesinin diqqətini Ələt Azad İqtisadi Zonaya sərmayələr kimi potensial imkanlara cəlb etməyə çalışırıq. Qeyd etdiyim kimi, Braziliya aqrokultura sahəsində yüksək tesnologiyaları olan ölkədir və bu nöqteyi-nəzərdən, onların təcrübəsi Azərbaycanın azad edilmiş ərazilərin reabilitasiyasında böyük müsbət rol oynaya bilər”, - səfir qeyd edib. **
R.Əhmədov