Azərbaycan Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar İnnovasiya Mərkəzi ötən həftə keçirilən «Caspian Agro» Beynəlxalq kənd təsərrüfatı sərgisi və «InterFood» Beynəlxalq qida sənayesi sərgisi çərçivəsində Rusiya şirkətləri ilə əməkdaşlığa dair memorandumlar imzalayıb.
RF-nin Azərbaycandakı Ticarət Nümayəndəliyi məlumat verir ki, sənədləri Aqrar İnnovasiya Mərkəzinin direktoru Əkbər Abbasov və “NanoKremniy Don”, “Texnoloq Yuq”, “Aqroİmpeks” TE (Rostov vilayəti) və “VerdaTerra” QHT-nin (Novosibirsk vilayəti) rəhbərləri imzalayıblar.
İmzalanmış memorandumlara əsasən, Rusiya şirkətləri TN-nin yardımı ilə Azərbaycan bazarı üçün təklif olunan təsdiqləmə üzrə pilot layihələrinin iştirakçıları olacaqlar.
Rusiyanın Azərbaycandakı ticarət nümayəndəsi Ruslan Mirsayapov qeyd edib ki, RF TN-nin Aqrar İnnovasiya Mərkəzi ilə təşkil etdiyi konstruktiv qarşılıqlı fəaliyyət Rusiyanın innovativ məhsullarının istehsalçılarına Azərbaycanın kənd təsərrüfatı sektorunun ehtiyacları üçün yerli elm və ekspert cəmiyyətinə çıxış əldə etmək, birgə tədqiqatlar həyata keçirmək və təklif olunan preparat və avadanlıqların işdə effektivliyini təsdiq etməyə imkan yaradır. **
X.Nəsirzadə