Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov Davos Dünya İqtisadi Forumunun işində iştirak edir.
Bu barədə Cabbarov öz Facebook səhifəsində yazıb.
O məlumat verib ki, “Strateji baxış: Avrasiya” mövzusunda panel iclasında qlobal əməkdaşlıq mühiti çərçivəsində yeni çağırışlar, dayanıqlı iqtisadi fəaliyyət, enerji resurslarından səmərəli istifadə və rəqəmsal həllərin tətbiqinin əhəmiyyəti müzakirə olunub.
“Azərbaycanda iqtisadiyyatın şaxələndirilməsi, yaşıl iqtisadi artım, dayanıqlı infrastruktura investisiyaların təşviqi və qeyri-neft sektorunun inkişafı barədə müzakirə apardıq”, - Cabbarov vurğulayıb. **
B.Rüstəmbəyov