Şamaxı şəhəri “Türk Dünyası Turizm Paytaxtı” seçilməyə namizəddir. Bu barədə Dövlət Turizm Agentliyi məlumat verib.
“İnterfaks-Azərbaycan”a DTA-dan bildirilib ki, bu təşəbbüs bazar ertəsi Şamaxı şəhərində keçirilən Türk Dövlətləri Təşkilatının (TDT) Turizm üzrə İşçi Qrupunun 17-ci iclası zamanı irəli sürülüb.
İclasda, həmçinin TDT-nin Turizm üzrə İşçi Qrupunun 18-ci iclasının yerinin və tarixinin müəyyən edilməsi müzakirə edilib.
“İşçi qrupun görüşünün yekunu olaraq razılaşdırılmış protokol imzalanmaq üçün mayın 24-də Şamaxıda keçiriləcək TDT-ə üzv dövlətlərin turizm nazirlərinin 7-ci görüşünə təqdim ediləcək», - Agentlikdən qeyd olunub.
TDT-nin Turizm üzrə İşçi Qrupu 2013-cü ildə yaradılıb. **
E.Şəfiyev