Azərbaycanda koronavirus infeksiyasına 2 yoluxma faktı qeydə alınıb, yoluxma hallarının ümumi sayı 792 min 714-ə çatıb. Bu barədə Operativ Qərargahdan məlumat verilib.
Ötən gün 4 yoluxma faktı qeydə alınıb.
Ardıcıl 5 gündür ki, COVID-19-dan ölüm halı qeydə alınmayıb.
Ölənlərin ümumi sayı 9 min 710 nəfər təşkil edir.
Virusa yoluxmuş 782 min 957 nəfər (sutka ərzində +0) müalicə olunaraq sağalıb.
Aktiv xəstə sayı 47 nəfərdir.
Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 1 min 842 (ötən gün 2 min 510 test), hazırkı dövrədək isə ümumilikdə 6 milyon 874 min 348 test aparılıb.**
X.Nəsirzadə