Bazar ertəsi Ermənistan və Rusiya XİN başçıları Ararat Mirzoyan və Sergey Lavrov telefon danışığı zamanı Ermənistan-Azərbaycan sərhədinin delimitasiyası və təhlükəsizliyi üzrə komissiyanın formalaşdırılması məsələlərini müzakirə ediblər.
“Ermənistan və Rusiya XİN başçıları Qarabağ üzrə üçtərəfli bəyanatların reallaşdırılması prosesini müzakirə ediblər. Tərəflər Ermənistanla Azərbaycan arasında sərhədlərin delimitasiyası və təhlükəsizliyi üzrə komissiyanın formalaşdırılması, regional kommunikasiyaların açılması ilə bağlı məsələləri müzakirə ediblər”, - Ermənistan XİN-in mətbuat xidməti məlumat verir.
Mirzoyan Ermənistanla Azərbaycan arasında münasibətlərin normallaşması prosesi və regionda sülh və sabitliyin bərqərar olmasına dair İrəvanın mövqeyini təsdiqləyib.
Ermənistan XİN-dən əlavə edilib ki, bundan başqa, nazirlər Ermənistan-Rusiya gündəliyinin məsələlərini müzakirə ediblər, müttəfiq münasibətlərinin möhkəmlənməsinə yönələn addımlara dair fikir mübadiləsi aparıblar. **