Ermənistanın baş naziri Nikol Paşinyanın qərarına əsasən, Azərbaycanla sərhədlərin delimitasiyası və təhlükəsizliyi məsələləri ilə bağlı komissiya formalaşdırılıb.
Hökumətin mətbuat xidməti məlumat verir ki, komissiyanın sədri Ermənistanın baş nazirinin müavini Mqer Qriqoryan təyin edilib.
Ötən bazar günü Brüssseldə keçirilən görüş zamanı Paşinyan, Əliyev və Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişel sərhədlərin delimitasiyası üzrə Ermənistan-Azərbaycan komissiyasınınn fəaliyyətə başlamasına dair razılığa gəliblər.
“Müzakirələr nəticəsində regional kommunikasiyaların açılmasına yönələn işlərin gələcək prosesi, sərhədlərin delimitasiyası və təhlükəsizliyi üzrə komissianın fəaliyyətə başlamasına dair razılıq əldə olunub”, - Ermənistan hökumətinin mətbuat xidməti məlumat verir. **