Rusiya və Azərbaycanın xarici işlər nazirləri Sergey Lavrov ilə Ceyhun Bayramov arasında telefon danışığı baş tutub. Bu barədə bazar ertəsi Rusiya XİN-dən məlumat verilib.
“Bir sra regional və beynəlxalq hadisələrə dair fikir mübadiləsi aparılıb. Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında münasibətlərin uzunmüddətli normallaşmasının təminatına yönələn, (...) yüksək səviyyəli bütün üçtərəfli razılıqların şərtsiz icrasına sadiqlik təsdiq olunub”, - məlumatda deyilir.
“”Cənubi Qafqazda nəqliyyat və iqtisadi əlaqələrin açılması, Azərbaycan-Ermənistan sərhədinin sonradan demarkasiyası ilə delimitasiyası, həmçinin Bakı ilə İrəvan arasında sülh sazişinin imzalanması daxil olmaqla, prioritet istiqamətlərdə bir sıra gələcək birgə addımlar müzakirə olunub”, - nazirlikdən qeyd olunub.
“Bundan başqa, Rusiya-Azərbaycan əlaqələrinin vəziyyəti və gələcək möhkəmlənməsi perspektivləri nəzərdən keçirilib”, - RF XİN-dən əlvə olunub. **