Azərbaycan Mərkəzi Bankı (AMB) mayın 24-nə manatın dollara qarşı rəsmi məzənnəsini 1,7 manat/$1 səviyyəsində saxlayıb. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə AMB-dən məlumat verilib.
Mayın 24-nə manatın avroya nisbətən rəsmi məzənnəsi 1,8128 manat/1EUR səviyyəsində (mayın 23-nə 1,8004 manat/1EUR) müəyyən edilib.
AMB mayın 24-nə manatın rus rubluna nisbətən rəsmi məzənnəsini 0,0292 manat/1RUB səviyyəsində (mayın 23-nə 0,0279 manat/1RUB) müəyyən edib.*
X.Nəsirzadə