Azərbaycan Dövlət Turizm Agentliyinin (DTA) sədri Fuad Nağıyev Özbəkistan Respublikasının baş nazirinin müavini, turizm və mədəni irs naziri Əziz Abduxakimovla görüşüb. Bu barədə DTA-nın məlumatında deyilir.
“Görüşdə Ə.Abduxakimov Özbəkistanın Azərbaycanla turizm əlaqələrinin inkişafında maraqlı olduğunu, tərəflər arasında təcrübə mübadiləsinin aparılmasının, turizm şirkətləri arasında əməkdaşlığın təşkili və aviauçuşların sayının artırılması məsələlərinin önəmini vurğulayıb”, - deyə məlumatda qeyd olunur.*
E.Şəfiyev