Dövlət Turizm Agentliyinin (DTA) sədri Fuad Nağıyev Qazaxıstan Respublikasının mədəniyyət və idman nazirinin müavini Yerjan Yerkinbayevlə görüşüb. Bu barədə DTA-dan məlumat verilib.
“Qazaxıstan Mərkəzi Asiya ölkələri arasında Azərbaycan turizm bazarı üçün prioritet istiqamətlərdən biridir və biz əlaqələrimizi daha da genişləndirməkdə maraqlıyıq”, - deyə F.Nağıyev görüşdə bildirib.
Öz növbəsində, Y.Yerkinbayev iki qardaş ölkə arasında turizm əlaqələrinin daha genişləndirilməsində, aviauçuşların və qarşılıqlı turist səfərlərinin sayının artırılmasında maraqlı olduqlarını vurğulayıb.*
E.Şəfiyev