Avropa İttifaqının (Aİ) xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Jozep Borrel Aİ-nin Cənubi Qafqazda sülhün bərqərar olması, Ermənistanla Azərbaycan arasında münasibətlərin normallaşması istiqamətində səylərə sadiq olduğunu bir daha təsdiq edib.
“Ermənistan və Azərbaycan liderləri ilə Brüsseldə təşkil olunmuş 3-cü üçtərəfli görüşü alqışlayırıq. Davamlı sülhə doğru dinamikanı dəstəkləyən konkret addımları görməyə ümid edirik. Avopa İttifaqı regionda sülh və barışıq üçün səylərini fəal şəkildə davam etdirir”, - deyə ali nümayəndə Twitter hesabında yazıb.*
E.Şəfiyev