Azərbaycanda fəaliyyət göstərən bankların xarici öhdəlikləri 2022-ci il aprelin 30-na 1 milyard 416,4 milyon manat təşkil edir ki, bu da 2021-ci ilin sonuna olan göstəricidən 33,2% çoxdur. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Azərbaycan Mərkəzi Bankından (AMB) məlumat verilib.
2022-ci ilin aprel ayında bankların xarici öhdəlikləri 6,7 milyon manat və ya 0,5% artıb.
AMB-nin məlumatına görə, aprelin sonuna Azərbaycan banklarının xalis xarici aktivləri 6 milyard 331,6 milyon manat təşkil edir ki, bu da 2021-ci ilin sonuna olan göstəricidən 9% çoxdur.
Apreldə bankların xalis xarici aktivləri 704,1 milyon manat və ya 12,5% artıb.
2021-ci ildə Azərbaycan banklarının xarici öhdəlikləri 12,9% azalıb.
Azərbaycan banklarının xarici öhdəlikləri qeyri-rezidentlərdən cəlb edilən kredit və depozitlərdən, qeyri-rezidentlərdə yerləşdirilən qiymətli kağızlardan formalaşır.
Aprelin sonuna Azərbaycanda 26 bank fəaliyyət üçün lisenziyaya malik olub.*
R.Əhmədov